Stress, travma, təşviş və münasibət çətinliklərinin öhdəsindən gəlmək üçün ilk addım: [Ödənişsiz Konsultasiya]
Bu bölmədə təqdim olunan kurs və təlimlər yalnız psixoloqlar, psixiatrlar və psixologiya fakültəsinin tələbələri üçün nəzəri biliklərin praktikaya tətbiqi məqsədilə hazırlanmışdır. Proqramlar klinik təcrübəmə əsaslanır və iştirakçıların peşəkar bacarıqlarını beynəlxalq etik standartlar çərçivəsində təkmilləşdirməyi hədəfləyir.
Qeydiyyat qaydası: Kurslarda iştirak etmək və ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:
Telefon/WhatsApp: 077 634 77 70
E-mail: psixoloq.firuze.qenizade@gmail.com
Hər bir təlimin modulları, müddəti və öyrəniləcək metodologiya haqqında ətraflı təlim proqramları aşağıda qeyd olunmuşdur.
2. İlkin psixoloji dəyərləndirmə (Klinik müsahibə və psixodiaqnostika) təlim proqramı
Təlim proqramı 4 modul olmaqla 2 həftə ərzində (həftədə 2 gün, 3 saat) davam edir. Təlim online şəkildə Google meet proqramı üzərindən keçirilir. Fərdi və ya qrup şəklində iştirak mümkündür.
Modul 1: İlk Təmas və Terapevtik Çərçivə
Modul 2: Klinik Müsahibənin Strukturlaşdırılması
Modul 3: Psixodiaqnostika və Adaptasiya olunmuş testlər
Modul 4: Keys Formulyasiyası və Müalicə Planı
3. Terapevtik Kartlar təlim proqramı
Terapevtik kartlar təliminin məqsədi psixoloqlara uşaq, yeniyetmə və böyüklərin fərdi terapiyalarında, ailə və cütlüklərlə terapiyada kartlarla istifadə edilə biləcək əlavə üsulların tətbiq bacarığını qazandırmaqdır. Xüsusilə özünü ifadə etməkdə çətinlik çəkən şəxslərdə, terapiyada tıxanmanın yarandığı zamanlarda istifadə edilə biləcək köməkçi üsullardandır. Terapevtik kartlar əsasən problemin və səbəblərin müəyyənləşdirilməsi, şəxsin özü ilə bağlı fərqindəliyinin artırılması üçün istifadə edilir.
Proqram
1. İlkin dəyərləndirmə/psixodiaqnostika, Terapevtik kartlara giriş
2. Kartlarla 5 praktik tətbiq (ecco kart,resilio kart, persona kart)
3. Kartlarla 5 praktik tətbiq (personita kart, habitat kart, Mücərrəd kartlar, cütlük kartları)
Təlim müddəti: 6 saat davam edən nəzəri hissə və 10 praktiki çalışmanı əhatə edir. Təlim online şəkildə zoom üzərindən hər gün 2 saat olmaqla 3 gün davam edəcək, vaxt iştirakçılarla birlikdə müəyyənləşdiriləcək. Fərqi və ya qrup (max 5 nəfər) şəklində qoşulmaq mümkündür. Təlim sonunda sertifikat nəzərdə tutulmur.
Materaillar: Təlim sonunda 10 terapiya üsulunun yazılı açıqlaması, kartların pdf formatı paylaşılacaq (Kartlar: Ecco kart 99 ədəd, Resilio kart 143 ədəd, Persona 90 kart, Personita 65 kart, Habitat 88 kart , Mücərrəd kartlar 53 ədəd, Cütlük kartları 94 ədəd).